Noyabrın 12-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə əsasən bir sıra məsələlər müzakirə edilib.
İclasda Kollegiyanın üzvü kimi Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov da iştirak edib.